Sema Isali Blog Platform

Image

 

       There were a lot of interesting events in my life. These events differ from each other. When I feel worse I recall those events and I smile. I think that everybody has interesting events in their life as me.

Bu yazının qalanını oxu »

Advertisements

Mövzu: “Samitlərin deyilişi və yazılışı”

Bu yazının qalanını oxu »

Fridrich Ratsel, one of the founders of the science of geopolitics in the end of  XIX century, said that South Caucasus region was one of the world’s most  vulnerable regions where the interets of diffirent countries cross there. 1

Bu yazının qalanını oxu »

  Min bir dərdin dərmanı olan İstisuyun şöhrəti…Sinəsindən qarı-qırovu, zirvəsindən tufanı-çəni heç zaman əskik olmayan Murovun şıltaqlığı…Hər il yamacları qonaqlı-qaralı olan Dəlidağın saysız-hesabsız gülü-çiçəyi… Geniş dağ düzənliyi üzərində yerləşən obamızı əhatə edən dağlar sanki öz ətəklərini şəhərin ayaqları altında yerə sərmişdir…Bütün bu gözəlliklər kəndimizin əsrarəngliyidir.

   1993-cü il… Kəlbəcər… Aprel ayı olmasına baxmayaraq hava çox soyuq idi… Ailəmiz adəti üzrə bir masa arxasında əyləşmişdi. Ancaq bu axşam əvvəlki axşamlardan fərqli idi. Sanki bir sükut evimizi zəbt etmişdi. Bəlkə də bu sakitlik sonrakı hadisələrə bir işarə idi. Birdən qapı döyüldü. Qapını həyəcanla taqqıldadan yaxın qonşumuz Zeynəb xala idi…Bəli, düz fikirləşdiniz, bu erməni hərbi birləşmələrinin yurdumuza basqın etməsi xəbəri idi. Az öncə hökm sürən sakitlik səs-küy ilə  əvəz olundu. Hıçqırıqlardan, ah-nalədən quşlar belə dəhşətə gəlmişdi. Bu faciəni görməsin deyə ağaclar sanki Bu yazının qalanını oxu »

XIX əsrin sonlarında geosiyasət elminin banilərindən biri olan alman tətqiqatçısı Fridrix Ratsel bildirirdi ki, Cənubi Qafqaz regionu dünyanın maraqlarının qovuşduğu və toqquşduğu ən həssas bölgələrdən biridir.1

Dağlıq Qarabağ münaqişəsi münaqişəsi Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan və Ermənistan arasında tammiqyaslı müharibəyə çevrildikdən sonra beynəlxalq ictimaiyyətin diqqətini cəlb etdi. Bu gün nə müharibə, nə də sülh şəraiti var3. Azərbaycan tərəfi bildirir ki, müharibəni Ermənistan höküməti başlayıb.

1918-1920-ci illərdən başlayaraq Ermənistan Azərbaycan Cümhuriyyətinə qarşı ərazi iddiaları irəli sürmüşdü .Bu barədə Azərbaycanın Ermənistandakı nümayəndəsi Məmməd xan Təkinski ilə Azərbaycan Respublikasının xarici işlər naziri Məmməd Yusif Cəfərovun məktublaşmalarından da bəlli olur ki, Azərbaycan tərəfi sabitliyin tərəfdarı olduğu halda, Ermənistan tərəfi bunun əleyhinə olmuşdur. “Dağlıq Qarabağ ərazisi Azərbaycana aiddir” bəyanatına Avropa Parlamentinin rəsmi saytında rast gəlinir. .Ermənistan isə bildirir ki, müharibə Azərbaycan və Dağlıq Qarabağ arasında başlanıb və Ermənistan yalnız Dağlıq Qarabağ əhalisinin böyük əksəriyyətini təşkil edən erməniləri və onların öz müqəddəratlarını təyin etmə hüquqlarını qorumaq üçün müharibəyə cəlb edilib. Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilmiş, 20 mindən çox insan qətlə yetirilmiş, 50 mindən artıq adam yaralanmış və şikəst olmuşdur. Hal-hazırda isə bir milyona qədər insan məcburi köçkün şəraitində yaşayır. Bu yazının qalanını oxu »

Bu gün Heydər Əliyev İdman Komleksində Beynəlxalq güləş yarışı keçirilir. Golden Grand Prix uğrunda bir çox ölkələrdən idmançılar Azərbaycana gəliblər. Azərbaycanlı güləşçilərimiz də bu yarışa səylə hazırlaşırlar. Bu yarışda mən volunteer kimi öz vəzifəmi yerinə yetirəcəm.Ümid edirəm ki, Azərbaycan güləşçiləri bütün ölkələrdən gələn idmançılara öz güclərini göstərəcəklər.                                                                                                                   Uğurlar!

Elə bilirəm ki, biz həmişə ona çalışmışıq ki, ətrafımız tərəfindən müsbət şəkildə qavranılaq. Axı mənfi emosiaların mənbəyi olmaq kimə fayda verir ki? İkinci bir məqam, əgər sən istəyirsən ki, işin irəli getsin, onda gərək səbirli olasan. Deyəcəksiniz ki, səbirli olmaqla da nəyisə zəmidən qovmaq olmur. Tamamilə haqlısınız. Bir məsələyə diqqəti cəlb etmək istəyirəm. El məsəllərindən birində belə bir məqam var. Bu misalı siz ola bilsin ki, çox eşitmisiniz. Belədir: Alma ağacının dibində bir qız oturmuşdur. Sən o almadan birini dərmək istəyirsən. Qız isə nə deyirsənsə “yox” cavabı verir. Sən isə almanı dərmək istəyirsən. Necə etməli ki, bu məsələ müsbət həll olunsun. Yəqin ki, sizin bir çoxlarınız bu məsələnin həlli yolunu bilirsiniz. Bu yazının qalanını oxu »