This slideshow requires JavaScript.
Weblog istirakçıları ilə Azərbaycanın dilbər güşələrindən biri olan İsmayıllıya səfərim mənim üçün gözəl xatirələrlə yadda qaldı. Məhz həmin gün bizə rəhbərlik edən Imam Quliyevin ad günü idi. Ona sürpriz hazırlmağımız günün gözəl başlanması üçün zəmin rolunu oynadı. Yol boyu gözəl mənzərələr mənə Azərbaycanımızın nə qədər qiymətli və gözəl olduğunu bir daha sübut etmiş oldu. Rayona çatanda birinci növbədə Heydər Əliyev muzeyində olduq. Burada maraqlı məlumatlara yiyələndik. Daha sonra tarix muzeyində olduq. Burada qədim Albaniya dövrünə aid qadın heykəlciklər, qablar ve digər qədim tapıntılarla tanış olduq. Sözün düzü, buradan heş cür ayrılmaq istəmirdim. Məni cəlb edən maraqlı nüanslardan biri də buradakı gözel xalçalar oldu. Muzeyin qarşısındakı gözel mənzərə də muzey qədər maraqlı idi. İsmayıllı almasından dadmağımız isə başqa bir gözəllik oldu. Təbiətin gözəl qoynunda Əli Hacızadə və Hikmət Hüseynovun təlimləri zamanı çox maraqlı məlumatlar əldə etdik. Çayın şırıltısı, quşların səsi, başı dumanlı dağlar,sərin hava-bütün bu gözəlliklər bizi valeh etmişdi. Bu səyahət zamanı digər blogçularla daha yaxından tanış oldum ve yeni dostlar qazandım. Bakıya dönmək vaxtı çatanda isə heç birimiz qayıtmaq istəmirdik. Geri dönərkən avtobusda maraqlı oyunlar yolun uzunluğunu bizə hiss etdirmədi. Nəhayət Bakıya çatdıq. Bu isə səfərimizin sonu demək idi… Ancaq bu səyahət hələ yaddaşlarda çox qalacaq. Bu gözel güne göre təşkilatçılara və Irəli ailəsinə öz minnətdarlığımı bildirirəm.
http://Ireli.az
http://Ireli.az/itc
Cox gozel
ela idi. cox maraqli ve oyredici idi